“Qırmızı həyəcan”- Yayılan görüntülər qorxuncdur
30
16:49 - 30 Oktyabr 2024
Daşqınlara məruz qalan İspaniyada vəziyyət getdikcə ağırlaşır.
TNS xarici mediaya istinadən xəbər verir ki, ölkənin xüsusilə şərq və cənub bölgələrinə təsir edən sel fəlakətində ölənlərin sayı 62-yə yüksəlib, çox sayda insan itkin düşüb.
İspaniyanın Baş naziri Pedro Sançes dövlətin bütün imkanlarından istifadə ediləcəyini, lazım gələrsə, Avropa Birliyindən də kömək istəniləcəyini deyib.
Əlverişsiz hava şəraitindən ən çox zərər çəkən Valensiyanın ”qırmızı həyəcan” vəziyyətində olduğu bildirib.
Bölgədən yayılan görüntülər fəlakətin ağırlığını ortaya qoyur.