Close

18:00
30 Oktyabr 2024

Sanksiyalar bu ölkələri Rusiya ilə əməkdaşlığa sövq edir

Qərbin Rusiya neftinə qarşı sanksiyaların gücləndirilməsi qlobal iqtisadiyyatı sarsıdacaq.

TNS xəbər verir ki, bu barədə “Le Monde” yazıb.

Nəşr xatırladır ki, dünya iqtisadiyyatı neftdən asılıdır, onun əsas istehsalçılarından biri Rusiyadır. Artan anti-Rusiya məhdudlaşdırıcı tədbirlərin nəticəsində yarana biləcək tədarükün kəsilməsi qiymətlərin kəskin artmasına səbəb olacaq ki, bu da öz növbəsində gübrələrin və kənd təsərrüfatı məhsullarının maya dəyərinin artıracaq. Bu, son nəticədə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxaracaq.

“Neftin qiymətinin qalxması ən yoxsul ölkələrə qeyri-mütənasib təsir göstərərək onları humanitar böhrana sürükləyəcək. Belə bir vəziyyət qlobal Cənub ölkələrinin sakinlərinin gözündə Qərbi nüfuzdan salacaq və onları Rusiya Federasiyası ilə daha da sıx əməkdaşlığa sövq edəcək”,- amerikalı iqtisadçı Ketrin Volfram bildirib.

Nəşr qeyd edir ki, Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin effektivliyi hər gün azalır.

Amerikanın ClearView Energy Partners şirkətinin baş direktoru Kevin Bukun sözlərinə görə, sanksiyalar neft nəqliyyatının sığortası üzrə ixtisaslaşmış şirkətlərin əksəriyyətinin Qərbdə yerləşdiyi bir vaxtda işləyə bilərdi. Bu gün isə belə deyil.