Bakıya getmək üçün “şərtlər...” - Arutyunyan
Bu gün Azərbaycanla sülh sazişinin bütün bəndlərini razılaşdırmaq imkanı var.
TNS xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib.
Arutyunyanın sözlərinə görə, erməni tərəfi bu cür görüşləri dialoq fürsəti kimi müsbət qiymətləndirir:
“Biz başlanmış proseslərin və sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini təmin etməyə sadiqik. Düşünürəm ki, belə əlaqələr faydalıdır. Sülh müqaviləsinin qalan bəndləri üzrə razılaşmaq imkanı görürəm. Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakının mümkünlüyünə gəlincə, getmək qərarına sülh müqaviləsi çərçivəsində ciddi irəliləyiş də daxil olmaqla, bir çox şərtlər təsir edə bilər”.