Prezident ölkə himninin dəyişdiriləcəyini açıqladı
14
12:12 - 30 Oktyabr 2024
Qırğızıstan Prezidenti Sadır Japarov parlamentin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyib.
TNS xəbər verir ki, Qırğızıstan prezidenti bu barədə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan dövlət kimi tam formalaşıb.
"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə S.Japarov bildirib.