Close

22:20
23 Oktyabr 2024

Blinken: "Birləşmiş Ştatlar müttəfiqimiz olan Türkiyənin yanındadır"

“Birləşmiş Ştatlar müttəfiqimiz olan Türkiyənin yanındadır və bugünkü terror aktını qətiyyətlə pisləyir”.

TNS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Türkiyədə baş vermiş terror aktı ilə bağlı deyib.

O hadisə qurbanları və onların ailələrinin dərdini paylaşdığını deyib.

Xatırladaq ki, Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində terror aktı törədilib.