Close

22:20
23 Oktyabr 2024

Kazanda dövlət başçılarına təqdim olunan yemək menyusu - FOTO

Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu bəlli olub.

TNS-in məlumatına görə, dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu “Kıstıbıy” təqdim edilib.

İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.

Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.

Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub.

Ekran_skli_2024-10-23_224726