Close

22:20
23 Oktyabr 2024

İsrail ordusu Livanın liman şəhərini ağır bombardmana məruz qoydu - VİDEO

İsrail ordusu Livanın cənubundakı liman şəhəri Tirə zərbələr endirib.

TNS bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Zərbələrdən əvvəl İsrail ordusu şəhərin bir sıra məhəllələrini bombalayacağı barədə xəbərdarlıq edib.

Yerli hakimiyyət orqanları səsgücləndiricilərdən istifadə edərək, vətəndaşları təhlükəli əraziləri tərk etməyə çağırıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.