Close

22:20
23 Oktyabr 2024

Alimlər spirtə qarşı ən dözümlü canlını açıqlayıblar

Heyvanlar aləmində spirtə qarşı ən yüksək dözümlü canlının Asiya horneti (Vespa orientalis)  olduğu aşkar edilib.

TNS xəbər verir ki, bu barədə Təl-Əviv Universitetinin israilli alimlərinin Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunan tədqiqatında bildirilib.

Komanda şərq hornetlərinin etanol konsentrasiyası 4%-dən yuxarı olan fermentləşdirilmiş meyvələrlə heç bir narahatlıq və ya intoksikasiya əlamətləri olmadan qidalandığını müşahidə edib.

Tədqiqatçılar böcəklərə etanol əlavə edilməklə saxaroza məhlulu veriblər. Onlar aşağı dozalarla başlayıblar və 20% spirt konsentrasiyasında belə canlıların heç bir yan təsir göstərmədiyini aşkar ediblər.

Alimlər alkoqolun tərkibini 80%-ə çatdırdıqda, hornetlərdə yüngül intoksikasiya əlamətləri müşahidə olunub, lakin bir neçə saniyədən sonra onlar özlərinə gəliblər və normal davranışlarına qayıdıblar. Mütəxəssislər qeyd ediblər ki, heç bir başqa məxluq belə bir dozada spirt içməklə sağ qala bilməz.

Daha ətraflı təhlil zamanı məlum olub ki, hornetlərdə spirtin parçalanmasında iştirak edən spirt dehidrogenaz geninin bir neçə nüsxəsi var. Tədqiqatçılar bu qabiliyyətin həşəratların bağırsaqlarında yaşayan və çoxalan pivə mayası sayəsində yarandığını irəli sürüblər.

Depositphotos_477651194_l-2015-pic_32ratio_900x600-900x600-74215_1