Close

22:20
23 Oktyabr 2024

“Hizbullah” təsdiqlədi: Haşim Safiyəddin öldürülüb

“Hizbullah” Həsən Nəsrullahı əvəzləyəcəyi gözlənilən Haşim Safiyəddinin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Həsən Nəsrullah sentyabrın 27-də Dahiyədə İsrailin hava hücumunda öldürüldükdən sonra liderlik üçün Haşim Safiyəddinin adı gündəmə gəlib.

Qeyd edək ki, İsrail ordusu 4 oktyabrda “Hizbullah” baş katibinin müavini və Həsən Nəsrullahın varisi olan Haşim Safiyəddinin öldürüldüyünü açıqlayıb.