Close

Ruslar bir gecədə 14 PUA və 4 pilotsuz kateri məhv etdi

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynaya məxsus 14 ədəd PUA-nı məhv edib.

TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-lardan 4-ü Rostov vilayəti ərazisi üzərində, 10-u Krım səmasında məhv edilib.

Qeyd olunur ki, Qara dəniz Donanmasının hərbi-dəniz aviasiyasının ekipajı Krım yarımadasına doğru gedən Ukraynaya məxsus 4 ədəd pilotsuz kateri də məhv edib.