Close

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 973-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TNS xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 683 040 hərbçi, 9 088 ədəd tank, 18 229 ədəd zirehli döyüş maşını, 19 674 ədəd artilleriya sistemi, 1 234 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 981 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 217 ədəd avtomobil texnikası, 17 489 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 509 xüsusi avadanlıq itirib.