Close

“Hizbullah” İsraildəki hərbi bazaya zərbə endirib

“Hizbullah” hərəkatı İsrail hərbi bazasına hücum edib.

TNS xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hayfa şəhərinin cənubunda yerləşən Elyakim bazasına hücum olunub.

Zərbəni kamikadze dronları həyata keçirib.

Məlumata görə, döyüşçülər bütün hədəfləri vurmağa müvəffəq olublar.