Close

21:09
22 Oktyabr 2024

ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir

ABŞ administrasiyası gələn həftə Rusiya ilə bağlı sanksiyaları sərtləşdirəcək.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Rusiyanın məhdudiyyətlərdən yayınması ilə mübarizəni davam etdiririk və gələn həftə yeni sərt sanksiyalar tətbiq edəcəyik”, - o deyib.

C.Yellen əlavə edib ki, məhdudiyyətlər Rusiyanın silahlı qüvvələri üçün kritik materiallar təmin edən üçüncü ölkələrə də şamil ediləcək.