Close

21:09
22 Oktyabr 2024
18:45
22 Oktyabr 2024

İsrail “Hizbullah”ın gizli bunkerini tapdı: 500 milyon dollar, qızıl…

İsrail Müdafiə Qüvvələri Beyrutdakı xəstəxanalardan birinin altında Livanın “Hizbullah” təşkilatına məsus yeraltı bunker aşkarlayıb.

TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. Onun sözlərinə görə, bunker şəxsən “Hizbullah”ın öldürülən lideri Həsən Nəsrullaha məxsus olub. Sığınacaqda 500 milyon dollardan çox nağd pul və qızıl olub.

İsrail növbəti dəfə İranı “Hizbullah” maliyyələşdirməkdə ittiham edib.

“Bu pul Livanın yenidən qurulması üçün istifadə oluna bilərdi, amma bunun əvəzinə “Hizbullah”ı gücləndirmək üçün istifadə olundu”, - “The Times of Israel” Haqaridən sitat gətirib.