Close

18:45
22 Oktyabr 2024

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 972-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 34 095 PUA-sı, 582 zenit-raket kompleksi, 18 753 tank və digər zirehli texnikası, 1 478 reaktiv yaylım atəş sistemi, 16 530 artilleriya və minaatanı, 27 468 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.