Close

Ukrayna və Fransa infrastrukturun bərpası üçün qrant sazişi imzalayıb

Ukrayna və Fransa infrastrukturun bərpası və inkişafı üçün 200 milyon avro dəyərində qrant sazişi imzalayıb.

TNS xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko sosial şəbəkələrdə paylaşım edib.

“Bu, bizə Ukrayna və Fransa şirkətləri ilə birlikdə ölkəmizin infrastrukturunun bərpası və modernləşdirilməsi üzrə layihələr həyata keçirməyə imkan verəcək addımdır”, - o bildirib.

Bu məbləğin yarısı bərpa layihələri üzrə Ukrayna malları və xidmətlərinin alınmasına xərclənə bilər, qalan məbləğ isə Fransa şirkətlərinə veriləcək.