Close

Serbiyada BRICS-ə qoşulmaq məsələsi ilə bağlı referendum keçirilə bilər

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin BRICS-ə qoşulması məsələsi ilə bağlı referendum keçirilməsini istisna etməyib.

TNS xəbər verir ki, bu barədə ölkə başçısı Serbiya Radio və Televiziyasının efirində açıqlayıb.

Onun sözlərinə görə, BRICS-in Serbiyada populyarlıq reytinqi 42 %-ə çatıb, bu mövzu artıq növbəti iki il ərzində respublikada əsas mövzulardan birinə çevriləcək və referendum keçirilməsini tələb edə bilər.

“Bir neçə gün əvvəl Serbiyada insanların bu məsələ barədə nə düşündüyünə baxdım. BRICS-in Serbiyada populyarlığı hazırda təxminən 42 % səviyyəsindədir. Düşünürəm ki, bu məsələnin müzakirəsi çoxlarının xoşuna gəlməsə də, bir il yarım-iki ildən sonra bu ölkədə çox ciddi olacaq. İstisna etmirəm ki, iki il yarımdan sonra yeni prezidentin seçiləcəyi hansısa seçkilərdə bu əsas mövzulardan birinə çevriləcək. Kim bilir, bəlkə də referendum üçün mövzu ola bilər”, – Vuçiç qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət etmişdi.