Close

Qazaxıstan KTMT sazişinə dəyişiklik təklif edib

Qazaxıstan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmələrinin statusu haqqında sazişə dəyişiklik etməyi təklif edir.

TNS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Dəyişikliklər KTMT-yə üzv dövlətlərin ərazilərində kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin müvəqqəti mövcudluğu üçün hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur.

Qazaxıstan tərəfi yalnız təşkilatın bir və ya bir neçə dövlətinə təhlükə törədildikdə və ya silahlı hücum olduqda, habelə böhranlı vəziyyətlərin qarşısının alınması, fövqəladə halların aradan qaldırılması, humanitar yardımın göstərilməsi, birgə təlimlər və hərbi əməliyyatların keçirilməsi üçün birləşmələrin başqa ölkəyə göndərilməsini təklif edir.