Close

Kim Çen In Rusiyaya “döyüş qulları” göndərib

Şimali Koreya müharibə üçün Rusiyaya bir bölmə “döyüş qulları” göndərib.

TNS xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın əvvəlində Kim Çen In Koreya Xalq Ordusunun Qərb dairəsindəki xüsusi bölməsinə baş çəkib. Həmin bölmə dünyanın ən qəddarlarından biri hesab olunur.

BILD-in köşə yazarı Peter Tide onları “döyüş qulları” adlandırır, çünki onlar kənar təsir olmadan informasiya vakuumunda böyüyüblər, nə internetə, nə Qərb televiziyasına, nə də mobil telefona çıxışları olub.

Nəşr həmçinin yazır ki, gələcək əsgərlərə “NATO şeytanlarını” və “sevimli liderin” düşmənlərini məhv etmək ideologiyası aşılanıb.

İddia olunur ki, son vaxtlar Rusiyaya məxsus AN-124 hərbi-nəqliyyat təyyarələrinin Vladivostok və Pxenyan arasında uçuşlarının sayı artmağa başlayıb. Görünür, onlar da döyüşçüləri daşıyırlar. Ən azı 400 əsgərin Xabarovsk yaxınlığında təlim keçir.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, onlara saxta Rusiya pasportları verilib və buryatlar kimi qeydiyyatdan keçiblər.