Close

Aİ Trampın qələbəsi ilə bağlı tədbirlər planı hazırlayıb

Aİ ölkələri Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə  ABŞ ilə baş verə biləcək ticarət müharibəsinə cavab planı hazırlayıb.

TNS xəbər verir ki, bu barədə “Politico” qəzeti avropalı rəsmilərə istinadən yazıb.

“Biz tez və güclü şəkildə cavab zərbəsi endirəcəyik”,- nəşrin mənbəsi bildirib.

Daha əvvəl “Financial Times” yazıb ki, Aİ Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə ticarət strategiyası hazırlayır. O, Vaşinqtonla danışıqlar nəticəsiz qalarsa, Amerika idxalına yüksək tariflərin tətbiqi imkanını ehtiva edir.

Amerikanın “Foreign Affairs” jurnalı isə qeyd edib ki, Tramp qalib gəlsə, Avropa İkinci Dünya Müharibəsindən sonra regionda ən geniş təhlükəsizlik böhranı ilə üzləşə bilər.