HƏMAS Yəhya Sinvarın yerinə adam təyin etməyəcək
9
19:30 - 21 Oktyabr 2024
HƏMAS 2025-ci ilin martına planlaşdırılan daxili seçkiyə qədər hərəkatın ötən həftə öldürülən rəhbəri Yəhya Sinvarın xələfini təyin etməyi planlaşdırmır.
TNS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Asharq News" telekanalı HƏMAS-dakı mənbəyə istinadən xəbər verir.
Xatırladaq ki, İsrail ordusu oktyabrın 17-də Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvar öldürülüb. Onun cəsədi hazırda İsraildə saxlanılır. Təl-Əviv onu israilli girovlarla dəyişdirməyi planlaşdırır.