Close

ABŞ-dən İsrailə 5,2 milyardlıq yardım PAKETİ

ABŞ İsrailin hava hücumundan müdafiəsi üçün 5,2 milyard dollarlıq yardım paketi hazırlayır.

TNS xəbər  verir ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir və müdafiə nazirinin satınalma və təminat üzrə müşaviri Uilyam LaPlante xüsusi təcili yardım paketinin həyata keçirilməsi üçün məktub mübadiləsini başa çatdırıblar.

Bu strateji dəstək İsrailin “Dəmir Qübbə”sini, “David's Sling” raketlərini və inkişaf etməkdə olan “Dəmir Lazer” müdafiə sistemini təkmilləşdirəcək və genişləndirəcək.

5,2 milyard dollar ABŞ administrasiyası və Konqresi tərəfindən 2023-cü il oktyabrın 7-dən qüvvəyə minən 8,7 milyard dollar məbləğində təsdiqlənmiş yardım paketinin bir hissəsidir. Bu məbləğin 3,5 milyard dolları İsrail Müdafiə Qüvvələri (IDF) üçün kritik satınalmaları maliyyələşdirmək üçün ayrılacaq. Qalan 5,2 milyard dollar isə xüsusi olaraq İsrailin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün istifadə olunacaq.