Close

Ermənistanda Azərbaycanla bağlı bu sənəd təsdiqləndi

Ermənistan Parlamentinin Beynəlxalq Əlaqələr üzrə Daimi Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Müzakirələrdə sənədin lehinə 5, əleyhinə isə 3 deputatın səs verdiyi bildirilib.

Sənəd parlamentin plenar iclasına çıxarılacaq.