ABŞ-də helikopter qəzaya uğradı - 4 nəfər öldü
5
11:52 - 21 Oktyabr 2024
ABŞ-nin Hyuston şəhərində helikopterin radio qülləsinə çırpılması nəticəsində, 1-i uşaq olmaqla 4 nəfər ölüb.
TNS xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Bildirilib ki, R44 şəxsi gəzinti helikopteri bazar günü axşam saat 8-ə yaxın qəzaya uğrayıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım qüvvələri cəlb olunub.