Close

Rusiya bir gecədə 18 Ukrayna PUA-sını vurdu

Ötən gecə Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya regionları üzərində Ukraynanın 18 pilotsuz təyyarəsini ələ keçirib və məhv edib.

TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 18 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, onlardan 11-i Rostov vilayəti ərazisi, daha dördü Bryansk vilayəti, ikisi Kursk, biri isə Orel üzərində vurulub.