Close

Kiyevə dördüncü səfərini etdi

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kiyevə səfər edib.

TNS xəbər verir ki, Pentaqon rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, müdafiə naziri olaraq Kiyevə dördüncü səfəridir. 

Ostinin Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də müdafiə naziri Rustem Umerovla danışıqlar aparacağı gözlənilir.