Close

Fətullah Gülən öldü - YENİLƏNİB

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ölüb.

TNS CNN Türkə istinadən xəbər verir ki, bu barədə FETÖ rəhbərinin qohumu Ebuseleme Gülən sosial media hesabında paylaşım edib.

Onun ABŞ-nin Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb.

09:25

ABŞ-də yaşayan türkiyəli din xadimi Fətullah Gülənin ölüm xəbəri yayılıb.

TNS "A Haber"ə istinadən xəbər verir ki, bu barədə Fətullah Gülənə yaxın sosial media hesablarında məlumat verilib.

Onun dünən yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb.