Close

20:20
20 Oktyabr 2024

Zurabişvili mitinqdə Zelenskiyə müraciət etdi

Xəbər verdiyimiz kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə AB-yə inteqrasiyaya dəstək məqsədilə keçirilən mitinqdə çıxış edib.

TNS xarici mediaya istinadla xəbər verir ki, xanım prezident mitinqdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, onun qalib gələcəyini deyib.

Zurabişvili bildirib ki, Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi həm də Gürcüstanın azadlığı uğrunda mübarizədir:

"Buradan, sizin adınızdan Zelenskiyə üz tutub ona demək istəyirəm ki, onun bizim üçün mübarizə apardığını və qalib olacağını bilirik. Və biz birlikdə Avropaya gedəcəyik".

O, həmçinin Moldova Prezidentinə və Gürcüstanın beynəlxalq tərəfdaşlarına müraciət edib:

"Maya, bu gün, sənin qələbə günün və Avropa referendumunun qələbə günü olacaq. Biz birlikdə Avropaya girəcəyik!".