Braziliya prezidenti Rusiyaya gəlməkdən imtina etdi
8
21:58 - 20 Oktyabr 2024
Braziliya Prezidenti Luis İnasio Lula da Silva səhhəti ilə əlaqədar oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə gedə bilməyəcək.
TNS xəbər verir ki, bu barədə Braziliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısı iclasda videokonfrans vasitəsilə iştirak edəcək:
"Prezident Luis İnasio Lula da Silva həkimin tövsiyəsi ilə uzunmüddətli hava səyahətinə müvəqqəti qadağa qoyulduğuna görə BRİKS-in Kazanda keçiriləcək sammitinə getməyəcək".