Close

20:20
20 Oktyabr 2024

BƏƏ prezidenti Rusiyaya rəsmi səfər edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfər edib.

TNS Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla qeyri-rəsmi görüş keçirib.

Rusiya lideri həmkarını Novo-Oqarevo iqamətgahında qəbul edib.

Sabah Rusiya-BƏƏ liderləri arasında rəsmi görüş keçiriləcək.