Close

20:20
20 Oktyabr 2024

Gürcüstan prezidenti mitinqə çıxdı

Gürcüstanda parlament seçkilərinə 6 gün qalmış müxalifət tərəfdarları ölkənin Avropa Birliyinə inteqrasiyasına dəstək məqsədilə paytaxt Tiflisdə yürüş keçirirlər.

TNS TASS-a istinadən xəbər verir ki, əllərində Gürcüstan və Avropa Birliyinin bayraqları olan mindən çox paytaxt sakini “Gürcüstan Avropa Birliyini seçir” adlı yürüş keçirir.

“Seçkiyə gəlin” plakatları ilə keçirilən aksiyada iştirakçılar paytaxtın mərkəzinə, Azadlıq meydanına getməyi planlaşdırır.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.