Close

23:24
18 Oktyabr 2024
21:48
18 Oktyabr 2024
21:07
18 Oktyabr 2024

Sinvarın şəxsi yazışmalarının olduğu yaddaş kartı tapılıb

Yəhya Sinvarın öldürüldüyü yerin yaxınlığındakı evlərdə axtarış aparan əsgərlər HƏMAS liderinin şəxsi yazışmalarının olduğu yaddaş kartı aşkarlayıblar.

TNS xəbər verir ki, bu barədə Kanal 12 məlumat yayıb.

Təfərrüatlar açıqlanmasa da, yazışmaların İsrail üçün qiymətli kəşfiyyat məlumatları daşıdığı bildirilib.

Yazışmalar arasında Sinvarın 10 yaşlı oğluna göndərdiyi mesajlar da var.

Kanalın xəbərinə görə, HƏMAS lideri mesajlarında oğluna İsrailə nifrət aşılamağa çalışıb.