Close

HƏMAS İsrailə şərt qoydu

Fələstinin Həmas hərəkatı İsrail qüvvələri blokadada olan Qəzza zolağından çəkilməyənə qədər saxladığı girovları azad etməyəcək.

TNS xəbər verir ki, bu barədə təşkilatın lideri Yəhya Sinvarın vəfatı ilə bağlı  "Telegram" kanalında dərc olunmuş nekroloqda deyilir.

“Biz  bəyan edirik ki, müqavimət birləşmələri tərəfindən saxlanılan girovlar İsrailin Qəzza zolağına təcavüzü dayandırılmayana, İsrail qoşunları anklavdan çıxarılana qədər evlərinə qayıtmayacaqlar”,- nekroloqda deyilir.