Close

16:55
18 Oktyabr 2024

HƏMAS liderinin ölümünün gözlənilməz təfərrüatı: BMT pasportu, böyük məbləğdə pul

Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhv edilməsi işində yeni faktlar üzə çıxıb. Belə ki, HƏMAS liderinin ölümü zamanı onun üzərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) əməkdaşının pasportu aşkar edilib.

TNS-in verdiyi məlumata görə, bu barədə "The Jerusalem Post" qəzetində xəbər verilib.

Bundan əlavə, Sinvarın şəxsi əşyaları arasında "Mentos" konfetləri və böyük məbləğdə pul - 40 min şekel (təxminən 10.7 min dollar) tapılıb.

Xatırladaq ki, Yəhya Sinvar oktyabrın 16-da İsrail hərbçilərinin Qəzza zolağının cənubunda keçirdiyi əməliyyat zamanı öldürülüb.