Close

16:55
18 Oktyabr 2024

HƏMAS Yəhya Sinvarın öldüyünü etiraf edib

HƏMAS təşkilatı hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldüyünü etiraf edib.

TNS xəbər verir ki, bu barədə “The Times Of İsrael” məlumat yayıb.

Hərəkatın siyasi liderlərindən olan Bassem Naim bəyanat yayaraq, Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı öldürüldüyünü bildirib: “İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına və bunun Fələstin xalqının mübarizəsinin sonu demək olduğuna inanırsa, səhv edir”.