Close

14:05
18 Oktyabr 2024

1987-ci ildən bəri HƏMAS-ın öldürülən liderləri - FOTO

İranın paytaxtı Tehranda İsmayıl Haniyə öldürüldükdən sonra HƏMAS-ın lideri olan Yəhya Sinvar da Qəzzada öldürülüb. İsrail təhlükəsizlik qüvvələri 61 yaşlı Sinvarın 7 oktyabr hücumunun memarı olduğuna inanırdı.

TNS xəbər verir ki, İsrail 1987-ci ildə İordan çayının qərb sahili və Qəzza zolağının işğalına qarşı ilk Fələstin qiyamının baş verdiyi vaxtdan bəri HƏMAS-ın liderlərini və əsas fiqurlarını öldürməkdə və öldürməyə cəhddə ittiham olunur.

Yəhya Ayyaş

42727

Fələstinli kamikadze fəalların arxasında duran “Mühəndis” ləqəbli Yəhya Ayyaş 1996-cı il yanvarın 5-də o zaman Fələstin Azadlıq Təşkilatının idarəçiliyində olan Qəzzada öldürülüb.

Ayyaşın əlində cib telefonu partlayıb və fələstinlilər məsuliyyəti üzərinə götürməkdən imtina edən İsraili günahlandırıb.

HƏMAS fevral və mart aylarında doqquz gün ərzində İsrailin üç şəhərində 59 nəfərin ölümü ilə nəticələnən dörd intiharçı hücumu ilə cavab verib.

Salah Şəhadə

resized_94450-82cbdc486kom61e1670940551584

Salah Şəhadə HƏMAS-ın hərbi qanadı olan İzzəddin Qəssam Briqadalarının ilk hücrələrini yaradıb və formalaşdırıb. Silahlı qanadın təlimini təşkil edən Şəhadə işğalçı qüvvələrə qarşı silahlı müqavimətə də rəhbərlik edib.

22 iyul 2002-ci ildə İsrail döyüş təyyarələri onun Qəzza şəhərinin şərqindəki Dərac rayonundakı evinə bir ton ağırlığında partlayıcı bomba atıb, o və onunla birlikdə 18 nəfər həlak olub.

İsmayıl Əbu Şanab

resized_7bcc9-5bd9f00ed6f5e153a1044c0194f6d5988503dc23

HƏMAS-ın ən mühüm qurucularından və liderlərindən biri hesab olunub və ilk İntifada zamanı HƏMAS hərəkatına rəhbərlik etmək ittihamı ilə 10 ildən çox İsrail həbsxanalarında yatıb.

21 avqust 2003-cü ildə İsrail hərbi helikopterdən avtomobilinə beş raket ataraq İsmayıl Əbu Şanabı öldürüb.

Şeyx Əhməd Yasin

72199

İsrail 22 mart 2004-cü ildə HƏMAS-ın qurucularından və dini liderlərindən biri olan Şeyx Əhməd Yasini Qəzzada məsciddən çıxarkən helikopterdən atılan raketlə öldürüb.

Qəzzada minlərlə fələstinli qisas şüarları səsləndirərək yürüş keçirib.

HƏMAS rəsmiləri İsrailin bu sui-qəsdlə “cəhənnəmin qapılarını açdığını” bildirib.

Bu, Fələstində və digər müsəlman ölkələrində geniş etirazlara və qınaqlara səbəb olub, İsrail-Fələstin münaqişəsini əhəmiyyətli dərəcədə kəskinləşdirib.

Əbdüləziz əl-Rantisi

Abduelaziz_el_Rantisi_428c2b990b

HƏMAS lideri Əbdüləziz əl-Rantisi və onun iki mühafizəçisi 2004-cü il aprelin 17-də İsrail helikopterinin Qəzzada maşına raket hücumu nəticəsində həlak olub.

Sui-qəsd Şeyx Əhməd Yasinin öldürülməsindən sonra HƏMAS-ın Qəzzada rəhbərliyi ələ keçirməsindən az sonra baş verib.

Bundan sonra HƏMAS rəhbərliyinə gətirilən şəxsin kimliyi gizli saxlanılıb.

Adnan əl-Gül

resized_687bf-a55b9350

HƏMAS-ın bombardman üzrə mütəxəssisi sayılan Adnan Əl Gül 2004-cü il oktyabrın 21-də İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Gül HƏMAS-ın hərbi qanadında ikinci şəxs olub və İsrail şəhərlərinə tez-tez atılan "Qəssam" raketinin atası kimi tanınıb. Adnan əl-Gül HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyifin müavini idi.

Nizar Rayan

1230890884_0

HƏMAS-ın ən sərt siyasi liderlərindən biri hesab edilən din xadimi İsrail daxilində yeni intihar hücumlarına çağırış edib.

O, 2009-cu il yanvarın 1-də Cəbəliyə qaçqın düşərgəsinin bombalanması zamanı dörd arvadı və yeddi uşağından ikisi ilə birlikdə həlak olub.

Səid Seyyam

46416

2009-cu il yanvarın 15-də HƏMAS-ın daxili işlər naziri Səid Seyyam İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Seyyam HƏMAS-ın 13 min polisi və mühafizəçisinə rəhbərlik edib.

Mahmud əl-Məbhuh

198184a2-0001-0004-0000-000000169818_w920_r1-778_fpx56-47_fpy50

Məbhuh HƏMAS-ın baş logistika səlahiyyətlisi olaraq hərəkatın əksər silah və texnikasını təmin edən şəxs kimi tanınıb.

19 yanvar 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki otel otağında öldürülüb.

Əhməd Cabari

resized_0eb3e-8745c31b53jmz

İsrail tərəfindən "HƏMAS Hərəkatının Baş Qərargah rəisi" olaraq adlandırılan və İsrailin ən çox axtarılanlar siyahısında olan Əhməd Cabari 2012-ci il noyabrın 14-də Həcc ziyarətindən qayıtdıqdan bir həftə sonra Qəzza şəhərində avtomobili ilə gedərkən İsrailin hava hücumu nəticəsində həlak olub.

Onun öldürülməsindən sonra İsrail Qəzza zolağına qarşı təxminən 10 gün davam edən "Bulud sütunu" əməliyyatını başladıb.

Raed əl-Əttar

blogger-image-1737892052

Raed əl-Əttar Qəssam Briqadalarının ali hərbi şurasının üzvü və Rəfah diviziyasının komandiri olub. O, həm də HƏMAS-ın elit komando bölməsi "Nuhbe"nin qurucularından biri idi.

Beynəlxalq böhrana səbəb olan İsrail əsgəri Gilad Şalitin qaçırılmasının memarı kimi tanınan Əttar Şaliti 5 il Qəzzada gizli bir yerdə saxlayıb.

2014-cü il avqustun 21-də Qəzza zolağının cənubundakı Rəfahın ən qərb nöqtəsindəki yaşayış binasına İsrail qırıcılarının silsilə basqınları nəticəsində öldürülüb.

Saleh Aruri

1236691-670355749

HƏMAS-ın siyasi qanadının yüksək səviyyəli lideri Saleh əl-Aruri 2024-cü il yanvarın 2-də Beyrutun cənub ətraflarından biri olan Dahiyədə İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Aruri həm də HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının qurucusu idi.

İsmayıl Haniyə

Ismayil_Haniye

Təşkilatın siyasi qanadının lideri İsmayıl Haniyə 31 iyul 2024-cü ildə Tehranda qaldığı iqamətgahda idarə olunan raketlə vurularaq öldürülüb.

Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.

İsrail Haniyənin öldürülməsinə görə məsuliyyət daşıdığına dair rəsmi açıqlama verməyib.