Close

Yəhya Sinvarı o əvəz edəcək

HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarın öldürməsindən sonra təşkilata hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl rəhbərlik edəcək.

TNS xəbər verir ki, bunu Livanın LBCI xəbər portalı HƏMAS-dakı mənbələrə istinadən yazıb.

Bildirilib ki, Xalid Məşəl hərəkatın müvəqqəti rəhbəri vəzifəsini öz üzərinə götürüb və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas şəxsdir.

Məlumatda qeyd olunub ki, HƏMAS rəhbərliyi Türkiyə, Qətər və Misir rəsmilərinə Yəhya Sinvarın öldüyü barədə xəbər verib: "Onun öldürülməsindən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqlar çətinləşəcək".