Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Harris Sinvarın öldürülməsinin nəyə gətirib çıxaracağını açıqlayıb

HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi Qəzzada müharibəyə son qoymaq üçün bir şansdır.

TNS The Hill-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris deyib.

Onun sözlərinə görə, Fələstin hərəkatının liderinə hücum Qəzza zolağında hərbi əməliyyatların bitməsinə səbəb ola bilər.

“HƏMAS məhv edilib və onun rəhbərliyi də məhv edilib. Bu an bizə Qəzzadakı müharibəni nəhayət bitirmək fürsəti verir. Bu, İsrailin təhlükəsiz olması, girovların azad edilməsi və Qəzzada iztirabların sona çatması ilə bitməlidir”, - Harris bildirib.

O əlavə edib ki, böhranın həlli təkcə İsrailin deyil, Fələstin xalqının da xeyrinə olmalıdır. Fələstinlilərə öz müqəddəratını təyinetmə və təhlükəsizlik hüquqlarından istifadə etmək imkanı verilməlidir.