Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Sinvarın öldürülməsi ilə Qəzzada əməliyyat başa çatdı?

"Fələstinin HƏMAS hərəkatının liderlərindən biri olan Yəhya Sinvarın İsrail hərbçiləri tərəfindən məhv edilməsi artıq Qəzza zolağında hökmranlıq etməyəcək bu təşkilatın son gününün başlanğıcı deməkdir".

TNS TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu İsrailin əsas televiziya kanalları tərəfindən yayımlanan müraciəti zamanı deyib.

İsrail Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, Qəzza zolağında aparılan hərbi əməliyyat HƏMAS rəhbərinin ləğv edilməsi ilə bitməyəcək və radikallar tərəfindən saxlanılan girovlar azad edilənə qədər tam gücü ilə davam edəcək.

Bundan əlavə, Netanyahu bildirib ki, İsrail girovları azad edib təslim olan radikalları öldürməyəcək və qaçmalarına icazə verəcək.