Close

"Hizbullah" İsrail ordusunun qərargahına zərbə endirdi

"Hizbullah" İsrail ordusunun şimalda yerləşən qərargahına raket zərbəsi endirib.

TNS xəbər verir ki, bu barədə "Əl-Mayadin" kanalı məlumat yayıb.

Bildirilib ki, qərargah Safed şəhərində yerləşir.

Telekanalın məlumatına görə, vurulan qərargah İsrailin şimalında yerləşən bölmələrinə rəhbərlik edir.

Məlumatla bağlı İsrail tərəfdən heç bir açıqlama verilməyib.