Close

Hindistan Rusiyanı hərbi texnologiya və avadanlıqlarla təchiz edən ikinci ölkədir

Hindistan Çindən sonra Rusiyanın hərbi sənayesini kritik əhəmiyyətə malik avadanlıq və texnologiyalarla təchiz edən ikinci ölkədir.

TNS-in xəbərinə görə, bu barədə “Bloomberg“ yazıb.

Məqalədə göstərilir ki, bu ilin aprel və may aylarında Hindistandan Rusiyaya 60 milyon dollar həcmində mikroçip, mikrosxem, hərbi sənayedə istifadə olunan avadanlıqlar, eləcə əd digər təyinatlı hərbi-texniki vasitələr çatdırılıb. İyun ayında isə bu göstərici 95 milyon dollara yüksəlib.

Eyni zamanda Hindistan Rusiyadan neft və neft məhsulları idxalına görə ilk sırada qərarlaşıb.

Qeyd edək ki, bu xəbərlər fonunda Hindistanlı bir sıra iş adamı hökumətə analoji siyasət səbəbindən ölkənin sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.