Çinin 2024-cü ildə büdcə kəsiri 574 milyard dollar olacaq
13
09:30 - 12 Oktyabr 2024
Bu il Çinin dövlət büdcəsinin gəlirləri hədəf səviyyəsindən aşağı olacaq və buna görə də kəsir 4,06 trilyon yuan (indiki məzənnə ilə 574 milyard dollar) təşkil etməlidir.
TNS xəbər verir ki, bunu Çinin maliyyə naziri Lan Foan bildirib.
Nazirin sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Çin Maliyyə Nazirliyinin fiskal siyasət tədbirləri “gözə çarpan effekt” verir və ümumi iqtisadi sabitliyin qorunmasına kömək etməklə milli strategiyanın əsas məqsədlərinin həyata keçirilməsini uğurla təmin edir.