Close

Belqorodun bu kəndləri tamamilə boşaldılıb

Belqorodda Petrovka və Solovyovka sakinləri kəndləri tərk ediblər.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə rayonun rəhbəri Anna Kutaşova bildirib.

"Yaşayış məntəqələri demək olar ki, boşaldılıb. Petrovkada 30-dan az adam qalıb", - Kutaşova qeyd edib.

Rayon rəhbərinin sözlərinə görə, əvvəllər Petrovkada 340-a yaxın, Solovyovkada isə 30-dan çox insan qeydiyyatda olub.