Close

Moskva hava limanında uçuşlara məhdudiyyət...

Rusiyanın Moskva şəhərinin Vnukovo hava limanında uçuşlarla bağlı tətbiq olunan məhdudiyyət ləğv edilib.

TNS xəbər verir ki, bu barədə Vnukovo mətbuat xidmətindən bildirilib.

“Saat 18:11-dən 18:33-dək və 19:39-dan 20:25-dək hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bununla əlaqədar, uçuş cədvəlində dəyişiklik edilib. Hazırda Vnukovo Beynəlxalq Hava Limanı adi rejimdə işləyir”, - məlumatda qeyd olunub.

Hava limanında hansı səbəbdən məhdudiyyət tətbiq edildiyi barədə məlumat verilməyib.