Close

İsrail Dəməşqi vurdu: ölənlər var

İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə yaşayış binasını vurub.

TNS xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, vurulan bina İranın Suriyadakı səfirliyinə 1 km-dən az məsafədə yerləşir.

Hadisə nəticəsində 7 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb.

Ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.