Close

Həsən Nəsrullahın iki varisi öldürülüb

İsrail hərbçiləri Livanda “Hizbullah” təşkilatının daha əvvəl öldürülmüş baş katibi Həsən Nəsrullahın iki varisini artıq məhv edib.

TNS xəbər  verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində deyib.

"Biz "Hizbullah"ın imkanlarını zəiflətmişik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü və onun iki varisini də öldürmüşük. Bu gün "Hizbullah" uzun illərdən bəri olduğundan daha zəifdir",- Netanyahu bildirib.