Close

18:27
08 Oktyabr 2024

Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində xidməti dayandırır

Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində xidmətlərini dayandırır.

TNS xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən etibarən Ermənistan-İran sərhədində xidməti dayandıracaq.

Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.