Close

18:27
08 Oktyabr 2024

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 958-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TNS xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 662 970 hərbçi, 8 940 ədəd tank, 17 740 ədəd zirehli döyüş maşını, 19 203 ədəd artilleriya sistemi, 1 223 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 973 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 26 185 ədəd avtomobil texnikası, 16 686 ədəd PUA, 2 618 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 373 xüsusi avadanlıq itirib.