Close

“Yaxın Şərqdəki vəziyyət enerji böhranına səbəb ola bilər”

“İran-İsrail müharibəsi başlayacağı təqdirdə ABŞ İsrailə dəstək vermək məqəsdilə savaşa qatılacaq. Başqa dövlətlərin də bu müharibəyə qatılması mümkündür”.

Bunu TNS-ə siyasi şərhçi Elçin Xalidbəyli deyib.

O qeyd edib ki, Yaxın Şərqdə davam edən münaqişə bütün dünya üçün təhdidir, qlobal təhlükəsizliyə problem yaradır: “Qəzza zolağındakı münaqişə regionun bəzi dövlətlərinin müharibəyə qatılmaq məcburiyyətində qalmasına səbəb ola bilər. Ancaq bununla da məsələ bitmir. Müharibənin əhatə dairəsi genişləndikcə bütün dünyanın təhlükəsizliyi risk altına düşəcək”.

Siyasi şərhçi vurğlayıb ki, Yaxın Şərq münaqişəsinin qarşısı alınmasa, bu, qısa müddətdə dünyada enerjinin, digər məhsulların bahalaşmasına, bir çox sahədə böhranın yaranmasına səbəb ola bilər.

Ayşən Azadova