Close

Qalstanyan Paşinyanı məhkəməyə verib- Bu qalstuklu dəccal...

Arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.

TNS xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Mən şəxsən bu şərlə bağlı hüquqi prosesə başlayacağam. Bu qalstuklu dəccal parlamentdə böhtan ataraq bəyan edib ki, yepiskop iyunun 12-də polisə yaxınlaşaraq "uşaqlar, siz dəbilqə taxmamalısınız" deyib və sonra gedib daşqalaq prosesini təşkil edib”,- Qalstanyan Paşinyana qarşı iddia qaldırmağını belə əsaslandırıb.

O, böhtanların açıq şəkildə təkzib edilməsini tələb edir.

Məhkəmə iddianı icraata qəbul edib və hakim Malvina Arutyunyan tərəfindən təsdiq edilib.